01 
May
2025
11:17
212

Şalva Papuaşvili: “Rasa Yukneviçienənin bəyanatları faşist ritorikasının sərhədinə çatıb”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentinin litvalı üzvü Rasa Yukneviçienənin Gürcüstanla bağlı bəyanatlarına kəskin reaksiya verib.

InterPress.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

Papuaşvili  bildirib ki, Yukneviçienənin açıqlamaları “faşist ritorikasının sərhədinə çox yaxınlaşıb”.

“Avropa Parlamentinin litvalı üzvü Rasa Yukneviçienənin bəyanatları artıq faşist ritorikasının sərhədinə yaxınlaşıb. “Xalq günahkardır…”, “İnfeksiyanı dayandırmalıyıq…” Onun təşviq etdiyi radikalların nifrət dilinin inkişafına baxsaq, növbəti dəfə gürcü xalqına “qul” və ya “biomassa” deməlidir… Artıq vaxtdır ki, Brüsseldə sağlam düşüncə özünü göstərsin və demokratiyanı və insan ləyaqətini tanımayan bu utancverici tendensiyanı dayandırsın.

Rasa Yukneviçienəyə isə demək istərdim – Stalinə qarşı nifrət bəsləməklə bütün xalqı nifrət obyektinə çevirmək olmaz,” – yazıb Papuaşvili.

Qeyd edək ki, Avropa Parlamentində Gürcüstan üzrə daimi məruzəçi olan Rasa Yukneviçienə Avropa Xalq Partiyasının tədbirində Gürcüstan hakimiyyətini sərt tənqid etmişdi. O bildirmişdi ki, “Gürcüstan rejimi Kremlin dövləti içəridən ələ keçirməsinin nümunəsidir” və “bu infeksiyanı vaxtında dayandırmasaq, eyni şey Aİ üzvlərinin başına da gələ bilər”.

Bizimlə əlaqə saxlayın