30 
Apr
2025
12:42
152

Ata və oğlunun qətlində ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Gori Şəhər Məhkəməsi, ata və oğlunun qətlində ittiham olunan şəxsə qarşı istintaq dövründə həbs qətimkan tədbiri seçib.

InterPress.ge xəbər verir ki, ittiham olunan şəxs ifadə verməkdən imtina edərək susmaq hüququndan istifadə edib.

Prokurorluq ona rəsmi ittihamı dünən elan edib.

İbtidai istintaq müəyyən edib ki, 28 aprel tarixində Gori şəhərində, ticarət mərkəzinin yaxınlığında baş verən mübahisə zamanı, təqsirləndirilən şəxs qisas məqsədilə odlu silahdan dəfələrlə atəş açaraq ata və oğulu güllələyib. Güllə yaraları nəticəsində onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə aparılır, bu maddə bir və ya bir neçə şəxsin qəsdən öldürülməsinə cəhdi nəzərdə tutur. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın