.jpeg)
Şalva Papuaşvili: “Gürcü dövləti sülhün qorunması siyasətinə möhkəm şəkildə sadiqdir”
"Gürcüstan dövləti sülhün qorunması siyasətinə möhkəm şəkildə sadiqdir və bu mövqe ölkəni müharibə təhlükəsindən yayındırıb."
InterPress.ge xəbər verir ki, bu barədə Vazianidə Müdafiə Qüvvələri Gününə həsr olunmuş tədbirdə çıxış edən Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
“Bugünkü çətin vəziyyətdə sülh xüsusi səylər, müdriklik və bacarıq tələb edir. Dövlətimizin göstərdiyi səylərə Gürcü ordusunun əzmkarlığı, qətiyyəti və cəsarəti arxa durur. Biz bu ruhu, bu dəstəyi və hazırlığı hiss edirik”, – deyə Papuaşvili qeyd edib.
Onun sözlərinə görə, son üç ildə Gürcüstanı iri dövlətlərin toqquşma meydanına çevirmək cəhdləri olub, lakin ölkə bu təhlükədən yayına bilib.
Papuaşvili xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan hərbi qulluqçuların ailələrinə də müraciət edib: “Sizin övladlarınız, atalarınız və həyat yoldaşlarınız bizim ortaq qürurumuzdur. Onların cəsurluğu və fədakarlığı qarşısında baş əyirik”.
Parlament sədri Müdafiə Qüvvələrinin xidmətinə görə cəmiyyətə təşəkkürünü bildirib və qeyd edib ki, Gürcüstanın müdafiəsi ümumxalq işidir.