30 
Apr
2025
10:40
201

Tbilisidə Bazar ərazisi yaxınlığındakı klinikalardan pasiyentlər təxliyə edilib

Tbilisinin Vaqzal meydanı yaxınlığındakı klinikalardan yanğınsöndürən-xilasedicilər tərəfindən pasiyentlərin təxliyəsi həyata keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəetmə Xidmətinin əsas idarəsinin rəisi Levan Museliani məlumat verib.

Muselianinin sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur:

“112-yə daxil olan məlumat əsasında, yanğın Borjomi vaqzalı yaxınlığında yerləşən ticarət sahəsinə yayılmışdı. Hadisə yerinə 30-a yaxın yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Operativ müdaxilə nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb. Hazırda tüstülənən sahələrin soyudulması prosesi davam edir.

Ətraf ərazidə yerləşən klinikalardan pasiyentlərin təxliyəsi həyata keçirildi. Xəsarət alanlar barədə hələlik heç bir məlumat yoxdur. Ümumilikdə, təxminən 15 000 kvadratmetr ərazidə qarışıq ticarət obyektləri yanıb,” – deyə Museliani bildirib.

Bizimlə əlaqə saxlayın