
Laşa Darsaliya: Ermənistan Gürcüstan üçün mühüm qonşu və strateji tərəfdaşdır
"Ermənistanın Gürcüstan üçün mühüm qonşu və strateji tərəfdaş olduğunu bu səfər bir daha göstərdi".
InterPress.ge xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Laşa Darsaliya deyib.
Onun sözlərinə görə, əsas vəzifə regionda əməkdaşlıq mühitinin yaradılmasıdır.
"Uğurlu səfəri xüsusi qeyd etmək istərdim. Bildiyiniz kimi, Ermənistan Gürcüstan üçün mühüm qonşu və mühüm strateji tərəfdaşdır və bu, bu səfər zamanı bir daha özünü büruzə verdi. Regional əməkdaşlıq məsələlərinə gəlincə, bu, təbii ki, xüsusilə də Xarici İşlər Nazirlikləri səviyyəsində keçirilən son görüşdən sonra müzakirə olundu. Əsas vəzifə odur ki, regionda əməkdaşlıq mühiti yaradılsın və bütün regional əməkdaşlıq prosesi ətrafında üç tərəfi maraqlandıran bir proses təşkil olunsun. Bu, ümumilikdə regionda əməkdaşlıq və inkişaf mühitinin yaradılmasına töhfə verməlidir”, - Darsaliya bildirib.