Gürcüstan Konstitusiya Məhkəməsinin keçmiş sədri Merab Turava Ədliyyə nazirinin müavini təyin edilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidməti təsdiqləyib.
Xatırladaq ki, Merab Turavanın Konstitusiya Məhkəməsi sədrliyində səlahiyyət müddəti 2025-ci il martın 30-da başa çatmışdı.
