29 
Apr
2025
15:32
323

Nana Jorjolianinin evində axtarış başa çatıb

Bu gün səhər saatlarında “Nanuka Fondu”nun təsisçisi Nana Jorjoliani’nin evində prokurorluq əməkdaşları tərəfindən aparılan axtarış yekunlaşıb.

InterPress.ge xəbər verir ki, polis əməkdaşları binanı tərk edərkən, girişdə toplanan dəstəkçilər tərəfindən səs-küylü etirazlar səsləndirilib.

İnsanlar onlara “Ruslar!”, “Qullar!” şüarları ilə müraciət ediblər.

Qeyd edək ki, prokurorluq əməkdaşları axtarış tədbirlərini eyni zamanda bir neçə fəalın - Mariam Bajelidze və Mariam Geguçadze, həmçinin “İnsan Hüquqları Evi Tbilisi” təşkilatının rəhbəri Aleko Tsqitişvili’nin evlərində də həyata keçirib.

Prokurorluğun verdiyi məlumata görə, araşdırma “sabotaj”, “ağır şəraitdə sabotaj cəhdləri”, “xarici təşkilatlara və xarici nəzarətə tabe olan qurumlara düşmən fəaliyyətində yardım”, “Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizlik əsaslarına qarşı yönələn fəaliyyət üçün maliyyə resurslarının səfərbər edilməsi” maddələri üzrə aparılır.

 

 

Bizimlə əlaqə saxlayın