Berdia Siçinava: “Gürcü Arzusunun maliyyəsi başdan-ayağa qara pul mühasibatına söykənir, bu, hüquqi proses deyil”
"Müxtəlif xeyriyyə fondlarının rəhbərlərinin evlərində keçirilən axtarışlar “Gürcü Arzusunun” ofisində planlaşdırılıb və heç bir hüquqi əsas daşımır."
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstan Üçün” partiyasının liderlərindən Berdia Sicinava bildirib.
Sicinavanın sözlərinə görə, bu addımlar insanları qorxutmaq və protest iştirakçılarının maliyyə dəstəyini kəsmək məqsədi daşıyır:
“Bu, hüquqi yox, siyasi təqibdir. Bütün bunlar ‘Gürcü Arzusu’ rəhbərliyinin - Kobaxidze və ətrafının – sifarişi ilə hazırlanıb. İndi də ölkədə sabitliyi pozmaqda və ‘xarici təsirlərlə’ mübarizə aparmaq adı altında öz xalqına qarşı çıxırlar.”
O, həmçinin qeyd edib:
“Hansı şəffaf maliyyədən danışırlar, əgər ‘Gürcü Arzusunun’ maliyyəsi başdan-ayağa qara pul mühasibatına söykənirsə? Dövlətə qarşı sabotaj edən yeganə təşkilat özləridir!”
Sicinava vurğulayıb ki, repressiyalara və həbslərə baxmayaraq, rejim uzunmüddətli dövrdə ayaqda qala bilməyəcək:
“Bu rejim mütləq çökməlidir. Kim düşünürsə ki, indiki imtiyazlarını saxlayacaq – yanılır.”
O, həmçinin bəyan edib ki, partiyası hər cür siyasi mübarizəyə hazırdır və bələdiyyə seçkilərində iştirak etməyə də prinsipial olaraq hazırdır:
“Seçkilər mübarizənin bir yoludur və biz daim buna hazırıq.”
Sonda isə Sicinava əlavə edib ki, İrakli Ğaribaşvilinin siyasətdən getməsi onun real qərarı deyil və lazım gəlsə, yenə də geri qaytarılacaq:
“Ğaribaşvili, İvanişvilinin göstərişilə siyasətdə qalır və gedir – özü heç bir müstəqil qərar vermir.”


