Prokurorluq bir neçə ictimai fəal və QHT nümayəndəsinin evində axtarış aparıb
Prokurorluq bir neçə ictimai fəal və QHT nümayəndəsinin evində axtarış aparıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
“Nanuka Fondu”nun təsisçisi Nanuka Jorjoliani bildirib ki, prokurorluq nümayəndələri onun evində axtarış aparmaq məqsədilə gəliblər.
Onun sözlərinə görə, axtarışlar təkcə onun evində deyil, digər fond rəhbərlərinin evlərində də aparılır: “Mənim evimə axtarış üçün gəldilər. Bütün fond rəhbərlərinin evinə girdilər”.
Bundan əlavə, axtarışın vətəndaş fəalı Mariam Bacelidzenin evində də aparıldığı bildirilir.
Məlumata görə, prokurorluq əməkdaşları aktivist Mariam Bacelidzenin evinə axtarış aparmaq məqsədilə daxil olublar.
Sosial şəbəkədə yayımlanan kadrlardan görünür ki, prokurorluq əməkdaşları evə məhkəmə qərarının əsasında daxil olublar.
Həmçinin "İnsan Hüquqları Mərkəzi”nin direktoru Aleko Tsqitişvilinin evində də prokurorluq əməkdaşları axtarış aparır. Axtarış proseduru məhkəmə qərarı əsasında həyata keçirilir.
Axtarışdan əvvəl hüquq-mühafizə orqanları Tsqitişvilini evinin yaxınlığında saxlayıb, onun şəxsi əşyalarını, o cümlədən mobil telefonunu müsadirə edərək möhürləyiblər.
Şəxsi axtarışın ardından prokurorluq əməkdaşları Tsqitişviliyə izah ediblər ki, növbəti mərhələdə onun yaşayış sahəsi yoxlanılacaq.


