Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Avropa Xalq Partiyasının qurultayına dəvət aldığını açıqlayıb.
InterPress.ge xəbər verir ki, Saakaşvilinin sosial şəbəkədə yaydığı bəyanatda qeyd etdiyinə görə, konqres aprelin 29-30-da Valensiyada keçiriləcək.
"Mən Avropanın ən böyük siyasi ailəsindən (EPP) aprelin 29-30-da Valensiyada keçiriləcək Avropa Xalq Partiyası Konqresinə dəvət aldım.
Siyasi həbsimə baxmayaraq, “Gürcü arzusu” səsimi susdura bilməyəcək. Nümayəndə heyətimizə uğurlar arzulayıram!
Biz tezliklə Gürcüstanı birlikdə azad edəcəyik!", - Saakaşvili yazıb.
