Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Məhkəmə Mzia Amağlobelini həbsdə saxladı

296
Məhkəmə Mzia Amağlobelini həbsdə saxladı
Dinləmək üçün basın

Batumi Şəhər Məhkəməsi “Batumelebi” və “Netgazeti” nəşrlərinin təsisçisi Mzia Amağlobelinin “cinayət” işi üzrə həbs qətimkan tədbirinə yenidən baxılması məsələsini müzakirə edib.

Batumi Şəhər Məhkəməsi “Batumelebi” və “Netgazeti” nəşrlərinin təsisçisi Mzia Amağlobelinin “cinayət” işi üzrə həbs qətimkan tədbirinə yenidən baxılması məsələsini müzakirə edib.

InterPress.ge xəbər verir ki, hakim Nino Saxelaşvili Mzia Amağlobelini həbsdə saxlayıb.

Növbəti məhkəmə iclası mayın 8-nə təyin edilib.

Qərardan sonra Mzia Amağlobelinin tərəfdarları məhkəmə zalında səs-küy yaradıb.

"Biz həqiqətən də yeni cinayət törətmək təhlükəsi ilə üz-üzəyik. Məhkəmə hesab edir ki, yeni cinayət təhlükəsi artıb, ona görə də Mzia Amağlobelinin həbsi qüvvədə qalmalıdır", - hakim qeyd edib.

Prokurorluq məhkəməyə müraciət edərək Mzia Amağlobelinin həbsdə saxlanılmasını istəyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →