27 
Apr
2025
16:04
212

Qriqol Qeqelia: “Xalq tərəfindən qadağan olunmalı olan cinayətkar dəstə ‘Gürcü Arzusu’dur”

"Xalq tərəfindən qadağan olunmalı olan siyasi qüvvə cinayətkar dəstəyə çevrilmiş “Gürcü Arzusu”dur."

InterPress.ge xəbər verir ki, bu barədə “Lelo–Güclü Gürcüstan” partiyasının liderlərindən biri olan Qriqol Geqelia siyasi partiyaların qadağan edilməsini nəzərdə tutan qanunvericilik paketini şərh edərkən bildirib.

Geqelianın sözlərinə görə, müxalifət partiyalarını bir milyondan çox insan dəstəkləyir və onların qadağan olunması diktaturanın rəsmi elan olunması deməkdir.

“Bu, 2024-cü ilin aprelində İvanişvilinin elan etdiyi diktatura planının reallaşmasıdır. Biz bilirik ki, bu müxalifət partiyalarını bir milyondan çox vətəndaş dəstəkləyir. Əhalinin ən azı üçdə birinin dəstəyinə sahib partiyaların qadağan olunması, rəsmi diktatura elanıdır. Bu, mümkün olmayacaq. Xalq tərəfindən siyasi müstəvidə qadağan olunmalı olan qüvvə isə cinayətkar dəstə halına gəlmiş ‘Gürcü Arzusu’dur,” – deyə Geqelia qeyd edib.

O, həmçinin Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyası haqqında da danışıb və bunu siyasi opponentlərə qarşı cəza mexanizmi adlandırıb.

“Bu, utanverici bir komissiyadır. Onun yeganə funksiyası siyasi rəqiblərə qarşı cəza əməliyyatının həyata keçirilməsidir. Eyni zamanda Gürcü dövlətinin mühakiməsi məqsədi daşıyır. Bu komissiyanın həqiqəti müəyyən etmək kimi bir niyyəti yoxdur, bu sadəcə bir farsa və PR triyukdur,” – deyə Qriqol Geqelia əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər