InterPress.ge xəbər verir ki, davamlı etirazın 148-ci günündə qanunverici orqanın yaxınlığında toplaşan vətəndaşlar magistral yolu bağlayıblar.
Nümayişçilərin tələbləri dəyişməz olaraq qalır - yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı saxlanılanların azad edilməsi.
Paralel olaraq, İctimai Yayımçının binasının yaxınlığında etiraz aksiyası keçirilir, vətəndaşlar oradan Rustaveli prospektinə yürüş edərək Parlamentin yaxınlığında davam edən etiraza qoşulacaqlar.
