23 
Apr
2025
16:21
245

Türkiyədə baş verən zəlzələdən sonra dağıntı qeydə alınmayıb – rəsmi açıqlama

Bu gün Türkiyədə baş verən zəlzələlərlə bağlı hələlik heç bir bina və ya evin dağıldığına dair məlumat daxil olmayıb.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

“112 xidmətinə hələlik heç kim zəng etməyib və evin və ya binanın dağıldığını bildirməyib,” – deyə nazir bildirib.

Ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da bildirib ki, aparılmış ilkin yoxlamalara əsasən, nə yollar, nə də hava limanlarında ziyan qeydə alınmayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə sosial şəbəkə platforması X-də paylaşım edərək, “vəziyyəti yaxından izlədiyini” bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə bir neçə zəlzələ baş verib. Ən güclü zəlzələnin maqnitudası 6.2 olub və epimərkəzi Mərmərə dənizində yerləşib. Yeraltı təkanlar İstanbulda da hiss edilib.

Bizimlə əlaqə saxlayın