23 
Apr
2025
13:33
216

Giorgi Vaşadzenin məhkəməsi bu gün keçiriləcək

“Strategiya Ağmaşenebeli” partiyasının lideri Giorgi Vaşadzenin məhkəmə prosesi bu gün baş tutacaq.

InterPress.ge xəbər verir ki, məhkəmə işi, Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni tələbinin yerinə yetirilməməsi faktı üzrə başladılmış istintaqla bağlıdır.

İclas Tbilisi Şəhər Məhkəməsində saat 16:00-da keçiriləcək. Bugünkü iclasda Giorgi Vaşadzenin barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı qərar veriləcək. Hələlik prokurorluğun məhkəməyə hansı vəsatətlə müraciət edəcəyi məlum deyil.

Xatırladaq ki, Giorgi Vaşadze Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasına çağırılmışdı, lakin iclasa qatılmadı. Bunun ardından o, ifadə vermək üçün prokurorluğa dəvət olundu.

Giorgi Vaşadzeyə qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə “Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni tələbinin yerinə yetirilməməsini” nəzərdə tutur və bu əməlin törədilməsi cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə, habelə üç ilədək vəzifə tutma və ya fəaliyyət hüququndan məhrumetmə ilə cəzalandırıla bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər