22 
Apr
2025
12:08
274

Boçorişvili: Gürcüstan daxili siyasətinə xarici müdaxilələr qəbuledilməzdir

"Gürcüstanın daxili siyasi həyatına xarici müdaxilə cəhdləri açıq şəkildə görünür və bu, qəbuledilməzdir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Fəridun Sinirlioğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bəzi aktorların ATƏT-in müstəqil institutlarını dar siyasi maraqlar naminə və ölkənin suverenliyinə qarşı siyasi alətə çevirmək cəhdləri yolverilməzdir:

“Gürcüstan ATƏT-in müstəqil institutlarına hörmətlə yanaşır. Bizim üçün qəbuledilməzdir ki, bəzi aktorlar bu institutlardan dar siyasi maraqlar üçün, ölkənin suverenliyinə qarşı istifadə etməyə çalışırlar. Gürcüstan son dövrlərdə daxili siyasi proseslərə xarici müdaxilə cəhdlərinin açıq nümunəsinə çevrilib. Beynəlxalq institutlardan yanlış istifadə cəhdlərini də tez-tez müşahidə edirik ki, bu da beynəlxalq nizamın təməl prinsiplərinə ziddir. Gürcüstan hökuməti ATƏT və beynəlxalq hüququn prinsiplərinə sadiqdir və tərəfdaşlarından da eyni yanaşmanı gözləyir”.

Nazir onu da qeyd edib ki, Gürcüstan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ODİHR) tövsiyələrinin yerinə yetirilməsi istiqamətində əməkdaşlığı davam etdirəcək:

“Biz ODİHR-in tövsiyələrinə önəm veririk və onların həyata keçirilməsi üçün əməkdaşlığa davam etməyə hazırıq”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər