Tbilisidə, Parlament yaxınlığında yerləşən Çitadze küçəsində polis kordonu qurulub.
InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarının yolun hərəkət hissəsinə keçməsinə imkan vermirlər.
Eyni zamanda, polis Çiçinadze küçəsində də səfərbər olunub.
Vaxtaşırı ərazidə toplaşan vətəndaşlarla polis arasında gərginlik yaşanır. Daha əvvəl hüquq-mühafizəçilər aksiya iştirakçılarını yolun hərəkət hissəsini boşaltmağa çağırmışdılar, lakin vətəndaşlar bu tələbi yerinə yetirməkdən imtina ediblər.
Baş verən qarşıdurma zamanı ilkin məlumata əsasən, polis iki nəfəri saxlayıb.
