18 
Apr
2025
15:36
338

Şalva Papuaşvili: “Vizasız rejim ilahi nemət deyil – biz də almanlara vizasız giriş təqdim edirik”

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili vizasız rejimin ləğvi ilə bağlı yayılan ehtimallara münasibət bildirərək, bu yöndə hər hansı mənfi qərar gözləmədiyini deyib.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, vizasız rejim Avropa bürokratiyası tərəfindən siyasi təzyiq və şantaj alətinə çevrilə bilər.

“Vizasız rejim dedikdə nəzərdə tutulur ki, gürcü turist Almaniyaya, Fransaya gedir, pul xərcləyir və bu pulla həmin ölkələrin iqtisadiyyatına töhfə verir. Avropa İttifaqının iqtisadi artımı 1% təşkil etdiyi halda, Gürcüstanda bu göstərici 10%-dir. Bu, iqtisadi cəhətdən düzgün düşünməyimizin nəticəsidir,” – deyə Papuaşvili bildirib.

O, Almaniyanın səfirini da tənqid edib: “Bu, hansısa ilahi bir mənə deyil! Biz də almanlar üçün vizasız rejim təqdim edirik – və nə olsun?! Üzr istəyirəm, amma bu qarşılıqlı əlaqədir və fayda hər iki tərəfə çatır.”

Papuaşvilinin sözlərinə görə, Brüssel bürokratiyasının bəzi dairələri bu mövzudan təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar və bu, 21-ci əsrə yox, ötən əsrə xas yanaşmadır.

“İnsanların emosiyalarından istifadə edərək qorxu yaratmaq – guya vizasız rejim ləğv olunacaq, Berlinə, Frankfurt-a gedə bilməyəcəksiniz – bu, doğru yanaşma deyil. Gürcü xalqı bu barədə də düşünməlidir,” – deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər