Mixeil Kavelaşvili Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdü
Mixeil Kavelaşvili Bakıda rəsmi səfəri çərçivəsində Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Mixeil Kavelaşvilinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında tarixi dostluq əlaqələrini və strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Beynəlxalq və regional formatlarda iki ölkə arasında uğurlu əməkdaşlığın əhəmiyyəti xüsusilə vurğulanıb.
“Xüsusilə qeyd olundu ki, hər iki ölkənin qanunverici orqanları arasında məhsuldar tərəfdaşlıq mövcuddur. Genişləndirilmiş görüşdə Gürcüstan parlamentinin üzvləri – Givi Mikanadze, Zaur Darğallı, Savalan Mirzəyev və xarici işlər nazirinin müavini Laşa Darsalia da iştirak edirdilər”, – deyə məlumatda bildirilir.


