16 
Apr
2025
15:33
308

İrakli Pavlenişvili: “Gürcüstanda seçki prosesi ləğv olunub, hazırlaşmaq barədə danışmaq qeyri-adekvatdır”

 

“Vahid-  Milli Hərəkat” partiyasının baş katibinin müavini İrakli Pavlenişvili “Qaxaria – Gürcüstan üçün” partiyasının lideri Qiorqi Qaxariyanın yerli seçkilərə hazırlaşdıqları barədə açıqlamasına sərt cavab verib.

InterPress.gr xəbər verir ki, onun sözlərinə görə, ölkədə artıq seçki demokratiyası mövcud deyil və bu şəraitdə seçkilərə hazırlıqdan danışmaq qeyri-adekvat yanaşmadır.

“Bizim mövqeyimiz dəyişməyib – Gürcüstanda seçki demokratiyası ləğv olunub. Siyasi məhbusların sayı azalmır, əksinə artır. Belə bir vəziyyətdə seçki prosesinə qoşulmaqdan və hazırlıqdan danışmaq, ən azı, mövcud siyasi vəziyyətin qeyri-adekvat qiymətləndirilməsidir. Alternativ olaraq bu, sistemi qəbul etmək və sistem içindəki müxalifətə çevrilmək deməkdir. Bütün avtoritar rejimlərə sistemli müxalifət lazımdır,” – deyə Favlenişvili bildirib.

O əlavə edib ki, əgər Qiorqi Qaxaria doğrudan da müxalifət olmaq istəyirsə, buna uyğun davranmalı və danışmalıdır:

“Əgər bu şəxs (Qaxaria) və onun komandası öz siyasi kimliyini müəyyənləşdirmək istəyirsə, unutmasınlar ki, onların ‘Gürcü Arzusu’ kimliyi onsuz da məlumdur. Əgər onlar İvanişvilinin bandasının üzvləri ilə ‘arzululuqda’ yarışa girirlərsə, bunu artıq izah edə bilmərəm. Hökumət üçün prinsipial məsələlərdə daima rejimin xeyrinə mövqe tutmaq – bu, müxalifətçilik deyil. Əgər müxalif olmaq istəyirsə, elə də davranmalı və danışmalıdır.”

Xatırladaq ki, Qiorqi Qaxaria “TV Pirveli” telekanalının efirində partiyasının həm yerli, həm də növbədənkənar parlament seçkilərinə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, digər partiyalar Qaxariyanın qərarını gözləyirlər ki, o ilk siyasi zərbəni alsın və daha sonra özləri hərəkətə keçsinlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər