
Tea Çulukiani: “Saakaşvili tarixə qurucu deyil, işgəncə verən və qatil kimi düşəcək”
"Sabiq prezident Mixeil Saakaşvili tarixdə “qurucu” və ya “yenidənqurma simvolu” kimi deyil, “işgəncə verən", qatil, əmlak reketçisi və biznesə təzyiq göstərən” olaraq qalacaq."
InterPress.ge xəbər verir ki, bu sözləri Parlamentin müvəqqəti istintaq komissiyasının sədri Tea Çulukiani komissiyanın iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, komissiyanın yekun hesabatı Saakaşvili üçün “növbəti hökm” olacaq.
“Simvolikdir ki, Saakaşvili bu gün ‘Vivamed’ xəstəxanasında mumiya kimi ‘çalışır’. Hazırda hazırlanmaqda olan bu hesabat onun üçün daha bir rəsmi hökm olacaq. O, tarixdə nə birləşdirici, nə də müasir Gürcüstan dövlətinin qurucusu kimi qalacaq. Bu sənəddə Saakaşvilinin göstərişləri və fəaliyyəti ilə ölkəmizə və saysız ailələrə yaşadılmış faciələrin tam siyahısı olacaq,” – deyə Çulukiani bildirib.
O əlavə edib ki, "Saakaşvili tarixdə Gürcüstanın ərazilərini itirən lider, 2008-ci il avqust müharibəsi zamanı mülki əhalini və ordunu tərk edən ali baş komandan, öz əsgərini qurban verən siyasətçi kimi qalacaq:"
“111 kənd itdi, Rusiya işğal etdiyi ərazilərdə daha da möhkəmləndi və bu, məhz Saakaşvilinin siyasəti nəticəsində baş verdi. O, Dali dərəsini də itirdi. Saakaşvili Gürcüstanı dövlət terrorunun hökm sürdüyü, mafiya üslubunda idarə olunan rejimə çevirdi. O, heç nəyi qurmadı – əksinə, olanı da dağıtdı. Öz ailəsi və yaxın çevrəsi üçün qurulmuş mafiyavari sistem yaratdı.”- Çulukiani deyib.
Sonda Çulukiani qeyd edib:
“Saakaşvilinin yeri xəstəxana yox, həbsxanadır!”