15 
Apr
2025
14:57
750

Marneulidə güclü yağışlar yol şəraitini ağırlaşdırıb – avtomobillər çuxurlarda batır - VİDEO

Marneulidə son günlər yağan intensiv yağışlar şəhərin bir sıra küçələrində problemlər yaradıb.

InterPress.ge xəbər verir ki, Xüsusilə Giorgadze küçəsində vəziyyət daha da ağırlaşıb. Yolun qazılmış hissəsində toplanan yağış suları gölməçə yaradaraq, avtomobillərin hərəkətinə ciddi maneə törədir.

Sakinlərin bildirdiyinə görə, son iki gün ərzində artıq beş avtomobil həmin çuxurlarda batıb. Bu gün isə Fort markalı yük maşını qazılmış yerdə yaranan gölməçəyə düşərək hərəkətsiz vəziyyətdə qalıb. Sürücü 112 xidmətinə məlumat verərək Fövqəladə Hallar Xidmətinin əməkdaşlarını köməyə çağırıb. Hadisə yerinə cəlb olunan xilasetmə qrupu yük maşınını çuxurdan çıxarıb.

Sakinlər uzun müddətdir bu problemlə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, yolun bərbad vəziyyətdə olması xüsusilə yağışlı günlərdə həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaradır.

Marneuli sakinləri aidiyyəti qurumlardan problemin tezliklə aradan qaldırılmasını tələb edirlər.

Bizimlə əlaqə saxlayın