
Parlament partiyaların fəaliyyətinə qadağanı nəzərdə tutan layihənin müzakirəsinə başlayıb
Gürcüstan parlamenti siyasi partiyaların fəaliyyətinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlayıb.
InterPress.ge xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası “Siyasi birliklər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişikliklər təqdim edib.
Layihəyə dair ilkin müzakirə parlamentin hüquq məsələləri komitəsində keçirilir.
Təklif olunan dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsi dövlət çevrilişinə cəhd, zorakılıq çağırışı, müstəqilliyə və ərazi bütövlüyünə xələl gətirən, yaxud silahlı dəstələr yaradan siyasi partiyaların fəaliyyətini qadağan edə bilər.
Yeni qanun layihəsinin ən çox hansı partiyalara təsir edəcəyi yaxın günlərdə dəqiqləşəcək. İddialara görə, qadağa təkcə “Vahid Milli Hərəkat”la məhdudlaşmaya bilər.