.jpg)
Batumidə Ukrayna vətəndaşından 180 min dollar tələb edən şəxslər saxlanılıb
Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Ukrayna vətəndaşı, 1981-ci il təvəllüdlü M.Z. və əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü Ş.Q.-nı böyük məbləğdə əmlak əldə etmək məqsədilə qrup halında hədə-qorxu ilə tələb və təzyiq göstərməkdə ittiham edərək saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, bu cinayətlər 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Batumidə 1994-cü il təvəllüdlü Ukrayna vətəndaşı M.H.-dən Ukraynada aparılan cinayət işi üzrə keçiriləcək məhkəmə prosesində ifadəsini dəyişdirməyi və həmin iş üzrə saxlanılan şəxslərin xeyrinə ifadə verməyi tələb ediblər. Əks təqdirdə, onlar M.H.-ni və onun həyat yoldaşını qətlə yetirməklə hədələyiblər.
Hüquq-mühafizə orqanları operativ tədbirlər nəticəsində təzyiq göstərən şəxslərin kimliyini müəyyənləşdiriblər. Polis Ş.Q.-nu Batumidə, M.Z.-ni isə Sərf sərhəd-keçid məntəqəsində ölkəni tərk etməyə çalışarkən saxlayıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci və 150-ci maddələrinin ikinci hissəsi ilə aparılır.