11 
Apr
2025
18:53
147

Mixeil Kavelaşvili Azərbaycana səfər edəcək

Mixeil Kavelaşvili 15–16 aprel tarixlərində Azərbaycan Respublikasına səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Kavelaşvilinin mətbuat xidməti yayıb.

Məlumata əsasən, bu gün Mixeil Kavelaşvili Azərbaycana səfər öncəsi Gürcüstandakı fövqəladə və səlahiyyətli səfir Faiq Quliyev ilə tanışlıq görüşü keçirib.

“Görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud olan sıx dostluq münasibətlərini yüksək qiymətləndirib, strateji tərəfdaşlığın əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Həmçinin regionda sabit və dinc inkişafın əhəmiyyəti vurğulanıb. Mixeil Kavelaşvili qeyd edib ki, dünyada gedən münaqişələr, tarif müharibələri və geosiyasi gərginlik fonunda Cənubi Qafqazda sabitliyin və sülhün qorunub saxlanılması daha da önəm kəsb edir.

Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığın daha da dinamik inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.

Gürcüstan tərəfi Azərbaycanın ölkənin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəyişməz dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüş zamanı 15–16 aprel tarixlərində Gürcüstan prezidentinin Azərbaycana planlaşdırılan ilk rəsmi səfərinin detalları da müzakirə olunub”, – deyə məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın