Parlament hökumətə etimadı birbaşa səsə qoyacaq – yeni reqlament gəlir
Gürcüstan Parlamentində hazırlanmış yeni reqlament layihəsinə əsasən, hökumətə etimad məsələsi bundan sonra parlamentin komitə və fraksiya formatında müzakirəsiz keçiriləcək və birbaşa plenar iclasda səsverməyə çıxarılacaq.
InterPress.ge xəbər verir ki, yeni reqlamentdə göstərilən istisna hallara aşağıdakılar daxildir:
Vəzifəli şəxsin seçilməsi,
Müvəqqəti istintaq və digər komissiyaların yaradılması,
Hökumətə etimadın təsdiqi,
Prezidentin seçilməsi,
Vəzifəli şəxsin impiçment qaydasında vəzifədən uzaqlaşdırılması
və digər xüsusi məsələlər.
Hazırda qüvvədə olan reqlamentə əsasən, hökumətə etimad məsələsi plenar iclasa çıxarılmazdan əvvəl, nazir vəzifəsinə namizədlərlə sahəvi komitə və fraksiyaların görüşləri keçirilməli, hökumət proqramı müzakirə olunmalı və müvafiq rəy parlament bürosuna təqdim olunmalıdır.
XI çağırış parlamenti isə bu proseduranı dəyişdirmək və yeni reqlament qəbul etmək niyyətindədir. Yeni reqlament parlament fəaliyyətinə dair bir çox prosesi yenidən tənzimləyəcək və onun 2025-ci il 1 iyuldan qüvvəyə minməsi planlaşdırılır.
Yeni reqlament qüvvəyə mindikdən sonra, hazırda tətbiq olunan – 2018-ci ildə qəbul olunmuş reqlament ləğv ediləcək.


