08 
Apr
2025
15:31
190

Şalva Papuaşvili: “ATƏT-in seçkilərlə bağlı hesabatı hər kəs tərəfindən hörmətlə qarşılanmalıdır”

Papuaşvili 2024-cü il parlament seçkilərində ATƏT müşahidə missiyasının rəhbəri olmuş Kauma ilə seçkidən sonrakı prosesləri müzakirə edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, ATƏT-in Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşdən sonra bəyan edib.

Papuaşvilinin sözlərinə görə, o, bir daha ATƏT/ODIHR müşahidə missiyasına seçkiləri izlədiyinə və verdiyi qiymətlərə görə təşəkkürünü bildirib:

“Vacibdir ki, seçkilərlə bağlı ATƏT/ODIHR-in hesabatı hamı tərəfindən hörmətlə qəbul edilsin. Seçkilərdən əvvəl deyirdilər ki, əsas qiymətləndirmə bu hesabat olacaq. Amma indi görürük ki, çoxları bu hesabatı görməzdən gəlməyə çalışır.”

Parlamentin sədri bildirib ki, hesabat seçkilərin nəticələrinin legitimliyini açıq şəkildə təsdiqləyir, lakin bəzi siyasi qüvvələr öz şəxsi fikirlərini irəli sürməyə üstünlük verirlər:

“Hamı öz şəxsi baxışlarını irəli sürür. Bəziləri IFES-i, bəziləri Transparency-ni, digərləri IRI və USAID-i istinad gətirirlər. Halbuki bu təşkilatların bəzilərinin fəaliyyəti ABŞ-ın yeni administrasiyası tərəfindən belə fırıldaqçılıq və qərəzli fəaliyyət kimi qiymətləndirilib.”

Papuaşvili həmçinin qeyd edib ki, ATƏT-lə əməkdaşlıq və seçkilərdən sonra verilmiş tövsiyələrin – həm qanunvericilik, həm də seçki praktikasına dair – icrası istiqamətində işlər davam edir.

O, əlavə edib ki, növbəti bələdiyyə seçkilərinin həm texniki, həm də ümumi seçki mühiti baxımından daha yaxşı təşkil olunması məqsədilə qanunvericilik dəyişiklikləri aparılıb və Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri çərçivəsində hazırlıqları davam etdirir.

Papuaşvilinin sözlərinə görə, ATƏT/ODIHR-in seçkilərdən bir gün sonra verdiyi qiymət – yəni seçkilərin keçirildiyi və Gürcüstanın legitim seçilmiş hökumətə malik olduğu – rəsmi mövqedir.

O, bəyan edib ki, bu rəyi görməzdən gələnlər əsasən keçmiş prezident Mixeil Saakaşvilinin tərəfdarlarıdır:

“Bu insanlar Saakaşvilini dəstəkləyirlər, Gürcüstanı müharibəyə sürükləyirdilər və ölkə üçün yaxşı heç nə istəmirlər.”

 

Bizimlə əlaqə saxlayın