İrakli Kupradze: İstintaq komissiyasının məqsədi həqiqətin ortaya çıxarılması deyil, siyasi rəqiblərin təqibidir
"Komissiyanın əsas məqsədi həqiqətin müəyyən olunması deyil, hakimiyyətin siyasi rəqiblərinə qarşı təzyiq və təqib kampaniyasıdır."
InterPress.ge xəbər verir ki, “Güclü Gürcüstan” koalisiyasının baş katibi İrakli Kupradze Gürcüstan parlamentində yaradılmış müvəqqəti istintaq komissiyasını sərt şəkildə tənqid edib.
“İvanişvilinin yaratdığı istintaq komissiyasının məqsədi həqiqətin ortaya çıxarılması yox, siyasi aktorların, siyasi rəqiblərin təqibidir. İvanişvili bu komissiyanın vasitəsilə onlara qarşı konkret cinayət işlərinin ‘tikilməsinə’ çalışır,” – deyə Kupradze bildirib.
O vurğulayıb ki, bu proses paralel olaraq Kremlin və Rusiyanın əlinə hüquqi əsaslar verir ki, Gürcüstanın maraqlarına zidd bəyanatlar və mövqelər səsləndirsinlər – xüsusilə də Gürcüstan ordusu, hərbçilər və avqust müharibəsi ilə bağlı:
"Bu cür istintaq komissiyalarının yaradılması ilə onlar Rusiya və Kremlə fürsət yaradırlar ki, qeyri-qanuni və Gürcüstanın milli maraqlarına zidd mövqeləri leqitimləşdirsinlər,” – deyə Kupradze əlavə edib.


