07 
Apr
2025
10:33
126

Türkiyə müxalifət lideri Özgür Özəl: İmamoğlunun həbsi ilə bağlı aksiyalar davam edəcək

Türkiyə müxalifətinin lideri Özgür Özəlin bəyanatına görə, İstanbulun meri Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq ölkədə aksiyalar davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə “Reuters" məlumat yayıb.

Məlumata görə, Respublika Xalq Partiyasının fövqəladə qurultayında çıxış edən və partiya lideri postuna yenidən seçilən Özəl bildirib ki, partiya hər həftəsonu müxtəlif şəhərlərdə etiraz aksiyaları təşkil edəcək. Bundan əlavə, hər çərşənbə axşamı İstanbulun müxtəlif rayonlarında əlavə aksiyalar keçiriləcək.

Qeyd edək ki, Türkiyədə etiraz aksiyaları martın 19-da başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi kimi tanınan İmamoğlunun korrupsiya ittihamı ilə həbs olunması mitinq iştirakçıları, müxalifət partiyaları, Avropalı liderlərin bir hissəsi və hüquq müdafiəçiləri tərəfindən siyasi motivli və antidemokratik addım kimi qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın