Tbilisidə, parlament binası qarşısında etiraz aksiyası bu gün yenidən bərpa olunub.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Rustaveli prospektini bir daha bağlayıblar, bu səbəbdən avtomobil hərəkəti məhdudlaşdırılıb.
Etirazçılar Gürcüstan və Avropa İttifaqı bayraqları ilə çıxış edir və “Oliqarxiyaya od verin!” şüarını səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır – onlar yeni parlament seçkilərinin təyin olunmasını və etirazlar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
