Ezuqbaia: "Ölkəmiz "Yaşıl zona" statusunda qalmaqda davam edir"
“Koronavirusa yoluxanların günlük sayı 152 - 196 arası dəyişir”.
InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.
Onun sözlərinə görə, hal-hazırda Acara qaynar nöqtə olaraq qalmaqdadır. Müvafiq tədbirlər Acarada aparılır və göründüyü kimi artıq orada yoluxma halları azalmağa doğru gedir.
“Xoşbəxtlikdən yoluxma sayı artmır. Biz 200-ə və ya ondan artıq halla rastlaşmamışıq. Sentyabr ayından yoluxma hallarında artım başladı və bu say 152 - 196 arası dəyişir. Avqust ayında gün ərzində 7000 dək test aparılırdı. Hazırki mərhələdə isə bu rəqəm 2 qat artırılıb. Ölkəmiz "Yaşıl zona" statusunda qalmaqda davam edir”, - dedi Ezuqbaia.
M. Ezuqbaia vətəndaşlara islahatlara riayət etmək üçün bir daha müraciət etdi.


