Etirazların 129-cu günü münasibətilə Tbilisidə Parlament binası qarşısında aksiya bir daha başladı və Rustaveli prospekti etirazçılar tərəfindən bağlandı.
Aksiya iştirakçıları müxtəlif məzmunlu plakatlar gətiriblər və vaxtaşırı “Oliqarxiyaya od!”, “Xalqın gücündən qorxun!”, “Xalqın baharı gəlir!” şüarlarını səsləndirirlər.
Etirazçıların tələbləri dəyişməz olaraq qalır – yeni parlament seçkilərinin təyin olunması və etirazlar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması.
