04 
Apr
2025
14:27
338

Anri Oxanaşvili Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri seçildi

Parlament Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsinə Anri Oxanaşvilinin namizədliyini dəstəkləyib.

InterPress.ge xəbər verir ki, plenar iclasda qərar 79 səslə qəbul edildi. O, bu vəzifədə Qriqol Liluashvilini əvəz edəcək.

Oxanaşvili hökumətin təqdimatı əsasında, 6 illik müddətə DTX rəhbəri seçildi. Parlamentin sədri Şalva Papuaşvili iclas zamanı onu yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib:

“Cənab Anriyə – Gürcüstan parlamentinin seçilən üzvünə, vəzifədə olarkən isə seçilən ədliyyə nazirinə uğurlar arzulayıram bu günün çağırışlarla dolu, bəzən isə çılğın dünyasında. Xüsusi məsuliyyət sizin qurumunuzun, şəxsən sizin və əməkdaşlarınızın üzərinə düşür. Fürsətdən istifadə edib, Dövlət Təhlükəsizlik Xidmətinin hər bir əməkdaşına onların fəaliyyətinə görə təşəkkür edirəm. Çətin regionda və ətrafımızda baş verən münaqişələr fonunda, məhz sizin əməkdaşlarınızın sayəsində təhlükəsizliklə bağlı heç bir real risk nə xarici müdaxilə, nə də daxili qarışıqlıqla həyata keçmədi. Bu gündən isə artıq bu məsələlərə görə məsul şəxs siz olacaqsınız. Sizə uğurlar arzulayıram. Sizin vətənpərvərliyiniz və peşəkarlığınız bizdə şübhə doğurmur ki, bu böyük məsuliyyəti tam şəkildə yerinə yetirə biləcəksiniz.”

Qeyd edək ki, 2 aprel tarixində baş nazir İrakli Kobaxidze kadr dəyişiklikləri ilə bağlı açıqlama verərək, Qriqol Liluashvilinin DTX rəhbəri vəzifəsindən getdiyini bildirmişdi. Onun yerinə Anri Oxanaşvili namizəd göstərilmişdi.

Oxanaşvilini ədliyyə naziri vəzifəsində “Gürcü Arzusu” partiyasının deputatı Paata Salia əvəz edib.

Qriqol Liluashviliyə gəlincə, Kobaxidzenin brifinqində bildirilib ki, İnfrastruktur və Regional İnkişaf Nazirliyi iki yerə bölünəcək və bundan sonra Liluashvili Regional İnkişaf naziri vəzifəsini tutacaq.

Liluashvili 2019-cu ilin oktyabrında parlament tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunmuşdu.

Bizimlə əlaqə saxlayın