
“Qanuni oğruya” müraciət və “oğru aləminə” dəstək: 15 nəfərə qarşı ittiham irəli sürüldü
Gürcüstan Prokurorluğu “qanuni oğurluq”, “oğru aləminin” üzvlüyü, “oğru aləminə” dəstək və “qanuni oğruya” və ya “oğru aləmi” üzvünə müraciət faktları üzrə 15 nəfərə qarşı ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki,bu barədə məlumatı Prokurorluğun mətbuat xidməti yayıb.
Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində müəyyən olunub ki, xaricdə yerləşən “qanuni oğru” Gürcüstanın Quriya bölgəsində “oğru aləminin” üzvləri və dəstəkçilərinin fəaliyyətini idarə edir və təşkil edirdi. Onlar maddi gəlir əldə etmək məqsədilə vətəndaşlar arasında olan maliyyə mübahisələrini qorxu, hədə-qorxu, “oğru aləminin qaydaları” ilə, cinayətkar nüfuz və digər qanunsuz yollarla həll etməyə cəhd göstəriblər. Həmçinin, “oğru kassa”sı üçün pul toplamaq və “oğru aləmi” üzvü ilə münaqişədə olan şəxslərə qarşı fiziki zorakılıq tətbiq edilib.
Hüquq-mühafizə orqanları 13 nəfəri 2 aprel tarixində saxlayıb. Daha bir şəxsə isə “qanuni oğurluq” ittihamı (CM-nin 223 prim maddəsinin 2-ci hissəsi) qiyabi qaydada irəli sürülüb. Bu maddə 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur. Beş nəfərə qarşı “oğru aləminin üzvü olmaq” (223 prim maddəsinin 1-ci hissəsi) ittihamı irəli sürülüb – bu isə 10 ilə qədər həbs cəzası nəzərdə tutur.
Daha üç nəfərə “oğru aləminin fəaliyyətinə dəstək vermə” (CM 223³, 2-ci hissə) və altı nəfərə isə “qanuni oğruya və ya oğru aləmi üzvünə müraciət etmə” (CM 223⁴, 1-ci hissə) ittihamları irəli sürülüb. Bu maddələrə əsasən, müvafiq olaraq 6 ilə və 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Prokurorluq artıq məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib.
Gürcüstan Prokurorluğu qeyd edir ki, təşkil olunmuş cinayətkarlığa qarşı sərt cinayət hüququ siyasəti aparır və bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.