21 
Sen
2020
12:34
584

Gürcüstanda bu gün koronavirusa yoluxanların haradan olduğu açıqlandı

“Koronavirusun təsdiqlənmiş 196 yeni halından 92-i Acarada, 31-i isə Tbilisidədir”.

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Onun bildirdiyinə görə, ölkədə koronavirus xəstələrinin 16-nın vəziyyəti kritik ağır, 70-dən çoxunun vəziyyəti isə ağırdır.

"Son 24 saat ərzində 196 koronavirus daşıyıcısı əlavə olundu. Bu yeni yoluxma halı bölgələr üzrə belə bölünür: Acarıstan 92, İmereti - 53, Tbilisi - 31, Sameqrelo, Zdmo Svaneti - 8, Quriya - 7, Raca Leçxumi - 1, Mçxeta, Mtianeti - 1.

1 ölüm hadisəsi baş verib və bununla da ölkə üzrə pandemiya dövrü ərzində 20 koronavirusdan ölüm hadisəsi qeydə alınıb. Bu xəstə Abxaziyadan müalicə üçün gətirilmişdi. Onunla birlikdə daha 3 nəfər gətirilmişdi. Dünyasını dəyişən 60 yaşlı qadındır.

40 nəfər isə sağalaraq ölkə miqyası ilə koronavirusdan sağalanların ümumi sayı 1534-ü təşkil etdi. Onların say faizləri 42 faizdir", - dedi M. Ezuqbaia.

Bizimlə əlaqə saxlayın