InterPress.ge xəbər verir ki, parlament binası qarşısında toplaşanlar avtomobil yolunu bağlayıblar.
Aksiya iştirakçıları “Oliqarxiyaya od vurulsun!” şüarları səsləndirirlər.
Vətəndaşlar artıq 127 gündür ki, Rustaveli prospektində dəyişməz tələblərlə toplaşırlar: yeni seçkilərin keçirilməsi və etirazlar zamanı saxlanılan şəxslərin azad olunması.
Aksiyaya sonradan İctimai Yayım Şirkətinin binası qarşısından Rustaveli prospektinə doğru irəliləyən yürüş iştirakçıları da qoşulacaqlar.
