ABŞ səfirliyi Dövlət Departamentinin bəyanatının həqiqiliyini təsdiqləyib
"ABŞ-ın Gürcüstandakı səfirliyi təsdiqləyib ki, Globalnews.ge agentliyi tərəfindən yayımlanan ABŞ Dövlət Departamentinin şərhi avtentikdir."
InterPress.ge xəbər verir ki, barədə məlumatı səfirliyin mətbuat xidməti verib.
Xatırladaq ki, Dövlət Departamenti Globalnews.ge-nin Gürcüstandakı mövcud vəziyyətlə bağlı ABŞ-ın mövqeyini soruşan yazılı müraciətinə cavab verib.
Mətbuata açıqlanan məlumata görə, Dövlət Departamentinin sözçüsü Təmi Brüs brifinq zamanı aşağıdakı sualla müraciət olunub:
“Gürcüstanda hakim partiya ilə hansısa ünsiyyətiniz olubmu? Əgər olubsa, bu ünsiyyətin xarakterini paylaşa bilərsinizmi? Bildiyiniz kimi, Gürcüstanda vəziyyət çox gərgindir, xalq və beynəlxalq ictimaiyyət seçkilərin nəticələrini tanımır. Aksiya iştirakçıları, o cümlədən müstəqil jurnalist həbsdədir. Bu şəraitdə ABŞ-ın Gürcüstandakı vəziyyətə münasibəti necədir?”
ABŞ Dövlət Departamentinin rəsmi cavabında deyilir:
“Biz ABŞ-ın maraqlarını Gürcüstana münasibətdə irəlilətmək üçün yanaşmamızı dəyərləndirməyə davam edirik. ABŞ Gürcüstan hökumətinə ABŞ ilə münasibətlərin yaxşılaşdırılması üçün atıla biləcək addımları aydın şəkildə bildirib.
‘Gürcü Arzusu’ hökumətinin davamlı antidemokratik hərəkətlərinə gəlincə – vitse-prezident Vensin Münhendə vurğuladığı kimi, demokratik mandat nə siyasi rəqibləri senzura və ya həbsə atmaqla, nə də əsas seçici kütləsinin fikrini nəzərə almamaqla əldə edilə bilər.
ABŞ artıq 33 ildir ki, Gürcüstanın və gürcü xalqının tərəfdaşıdır və bu müddət ərzində Gürcüstanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün güclü müdafiəçisi olub.”


