Parlament müvəqqəti istintaq komissiyasının səlahiyyətlərinin genişləndirilməsi təşəbbüsünü dəstəkləyib
Gürcüstan Parlamentində keçirilən plenar iclasda müvəqqəti istintaq komissiyasının mandatının genişləndirilməsi təşəbbüsünə dəstək verilib.
InterPress.ge xəbər verir ki, dəyişiklik 86 deputatın yekdil səsi ilə qəbul edilib.
Yeni qərara əsasən, komissiyanın araşdırma mövzusu bundan sonra yalnız 2003–2012-ci illər dövrü ilə məhdudlaşmayacaq. Komissiya 2003-cü ildən bu günədək fəaliyyət göstərmiş rejimin, bu rejimdə və müxtəlif siyasi partiyalarda yer almış keçmiş və hazırkı vəzifəli şəxslərin fəaliyyətini də əhatə edəcək.
Eyni zamanda komissiyanın adı da dəyişdirildi. Yeni ad belə olacaq:
“2003–2012-ci illərdə fəaliyyət göstərmiş rejimin, həmin rejimin siyasi vəzifəli şəxslərinin və siyasi partiyalarda birləşmiş keçmiş və hazırkı vəzifəli şəxslərin 2003-cü ildən bu günədək fəaliyyətini araşdıran Parlamentin müvəqqəti istintaq komissiyası”.
Qanun layihəsinin məruzəçisi, hakim “Gürcü Arzusu” partiyasının deputatı İrakli Kirtsxalia parlamentdə çıxışı zamanı bildirdi ki, komissiyanın mandatı artıq yalnız 2012-ci ilə qədərki “anti-dövlət və cinayət xarakterli hərəkətlərlə” məhdudlaşmayacaq və 2012-ci ildən sonrakı dövrə də şamil olunacaq.
“Cəmiyyət görəcək ki, 2012-ci ildən sonra bu şəxslər nələrlə məşğul olublar”, – deyə Kirtsxalia vurğulayıb.


