Etirazın 123-cü günündə Gürcüstan parlamenti qarşısında aksiya yenidən bərpa olunub və Rustaveli prospekti bağlanıb.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları müxtəlif məzmunlu bannerlər gətiriblər və mütəmadi olaraq belə şüarlar səsləndirirlər: “Oliqarxiyaya od vurun!”, “Rusiya rejiminə yox!”.
Etirazçılar Gürcüstan, ABŞ və Avropa İttifaqının bayraqlarını da əllərində tuturlar.
Aksiya iştirakçılarının tələbi dəyişməz olaraq qalır – yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması.
