30 
Mar
2025
14:12
617

Gürcüstanda da yanacağın qiyməti aşağı düşüb

Dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. Belə ki, WTI markalı xam neftin bir bareli son ticarət nəticəsində 69.36 dollar səviyyəsində müəyyən edilib ki, bu da 0.8%-lik azalma deməkdir.

InterPress.ge xəbər verir ki, brent markalı neftin qiyməti isə 0.54% ucuzlaşaraq 73.63 dollar təşkil edib.

Qiymət azalması Gürcüstanda da müşahidə olunur. Belə ki, 25 mart tarixindən etibarən bəzi brend yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri mərhələli şəkildə 5-10 tetri (təxminən qəpik) aralığında ucuzlaşıb. “BusinessPressNews” hazırda Gürcüstandakı brend yanacaqdoldurma məntəqələrindəki yanacaq qiymətlərini təqdim edir:


Socar (5-10 tetri ucuzlaşıb):

• Nano Super – 3.50 lari

• Nano Premium – 3.10 lari

• Nano Euro Regular – 2.93 lari

• Euro 5 Dizel – 3.04 lari

• Nano Euro 5 Dizel – 2.95 lari

Gulf (10 tetri ucuzlaşıb):

• G-Force Super – 3.53 lari

• G-Force Premium – 3.13 lari

• G-Force Euro Regular – 3.03 lari

• Euro Regular – 3.93 lari

• G-Force Euro Dizel – 3.09 lari

Rompetrol (qiymətlər dəyişməyib):

• Super – 3.63 lari

• Euro Premium – 3.24 lari

• Euro Regular – 3.04 lari

• Efix Euro Dizel – 3.25 lari

• Euro Dizel – 3.15 lari

Wissol (10 tetri ucuzlaşıb):

• Eko Super – 3.52 lari

• Eko Premium – 3.12 lari

• Euro Regular – 2.95 lari

• Euro Dizel – 2.99 lari

• Eko Dizel – 3.07 lari

• Dizel Energy – 2.94 lari

Portal (qiymətlər dəyişməyib):

• Premium – 2.89 lari

• Euro Regular – 2.69 lari

• Euro Dizel – 2.99 lari

Bizimlə əlaqə saxlayın