30 
Mar
2025
12:03
273

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində üç nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotiklərlə bağlı cinayət əməllərinə görə üç nəfəri saxlayıblar. Onlardan ikisi narkotik vasitələrin satışı ilə məşğul olub.

InterPress.ge xəbər verir ki, bu  barədə məlumatı DİN yayıb.

Məlumata görə, xüsusilə böyük miqdarda “metadon” və həmçinin “marixuana” narkotik vasitələrinin qanunsuz əldə edilməsi, saxlanması və satışı faktı üzrə 1996-cı il təvəllüdlü D.D., eləcə də əvvəllər məhkum olunmuş şəxslər – 1981-ci il təvəllüdlü A.K. və 1988-ci il təvəllüdlü V.J. saxlanılıb. Onların törətdikləri əməllər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Polis məhkəmə qərarı əsasında narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxsdən bir neçə dəfə nəzarətli narkotik alışı həyata keçirib və bu alışlar gizli audio-video yazıya alınıb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin üzərində, yaşadıqları evlərdə və avtomobillərində aparılan axtarışlar zamanı sübut kimi xüsusilə böyük miqdarda “metadon” və “marixuana” götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 273-prim maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın