ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərə və avtomobil hissələrinə 25 faiz gömrük rüsumu tətbiq olunacağını elan edib.
InterPress.ge xəbər verir ki, Trampın sözlərinə görə, bu yeni tariflər 2 apreldən qüvvəyə minəcək.
Prezident bildirib ki, bu addım avtomobil sənayesində “nəhəng artıma” səbəb olacaq və ABŞ-da iş yerləri və investisiyaların artmasına təkan verəcək.
Jurnalistlərin onun qərarından dönmək ehtimalı ilə bağlı sualına cavab olaraq Tramp deyib: “Xeyr. Bu daimi qərardır.”
“Əgər avtomobili ABŞ-da istehsal edirsinizsə, bu tarif tətbiq olunmayacaq,” – deyə ABŞ Prezidenti vurğulayıb.
