24 
Mar
2025
20:52
277

Türkiyədə etiraz aksiyaları zamanı 1000-dən çox adam saxlanılıb

Türkiyədə davam edən etiraz aksiyaları zamanı 1 133 nəfər saxlanılıb. Nazir əlavə edib ki, aksiyalar zamanı 123 polis əməkdaşı xəsarət alıb və hökumət “küçələrin terrorizasiya olunmasına” icazə verməyəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikayanın verdiyi məlumatda qeyd olunub.

Saxlanılan şəxslər arasında 9 jurnalist də var.

Türkiyədə etiraz aksiyaları davam edir. İstanbulun meri və prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi olan Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq, ölkənin müxtəlif şəhərlərində yüz minlərlə insan küçələrə axışıb.

Aktivistlər İstanbul, Antalya, İzmir və Ankarada yürüşlər təşkil edərək hökumətin istefasını tələb edirlər. Aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanları arasında qarşıdurmalar baş verir. Polis xüsusi vasitələrdən istifadə edərək nümayişçiləri dağıdır və saxlayır.

Türkiyənin Daxili İşlər Nazirliyi bildirib ki, Əkrəm İmamoğluna müvəqqəti tədbir kimi vəzifədən uzaqlaşdırma qərarı verilib.

İmamoğlu 19 martda korrupsiya, çirkli pulların yuyulması və terror təşkilatları ilə əlaqədə olmaq ittihamı ilə həbs edilib. Lakin o, bu ittihamları “gülünc” adlandırıb və mübarizəsini davam etdirəcəyini bəyan edib. Məhkəmə onu korrupsiya ittihamları ilə bağlı ilkin həbs qərarı ilə həbsdə saxlayıb.

Bizimlə əlaqə saxlayın