
Gürcüstan milli komandası Ermənistanı 2:0 hesabı ilə məğlub edir
Gürcüstan milli futbol komandası UEFA Millətlər Liqası "play-off" mərhələsinin ilk oyununda Ermənistan millisi ilə qarşılaşır və hazırda 2:0 hesabı ilə öndədir.
InterPress.ge xəbər verir ki, ikinci qolu Giorgi Mikautadze, ilk qolu isə Giorgi Koçoraşvili oyunun 33-cü dəqiqəsində vurub.
Matç Ermənistanın paytaxtı İrəvanda, Vazgen Sarkisyan adına Respublika Stadionunda keçirilir.
Gürcüstan millisinin start heyəti:
Mamardaşvili, Kakabadze, Goqliçidze, Loçoşvili, Azarovi, Kvekveskiri, Koçoraşvili, Kiteişvili, Davitaşvili, Çakvetadze, Mikautadze.
Qeyd edək ki, UEFA Millətlər Liqasının B divizionuna yüksələcək komanda bu iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. Gürcüstan və Ermənistan yığmaları arasındakı cavab oyunu 23 martda Tbilisidə baş tutacaq.