Bu gündən etibarən Tbilisi metrosu normal iş rejiminə qayıdır.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi şəhər meriyasında məlumat verilib. Bildirilir ki, metro 21 sentyabr saat 06: 00-dan 00: 00-dək açıq olacaq.
Xatırladaq ki, 450 kilometr uzunluğundakı elektrik kabeli, siqnalizasiya və havalandırma sistemlərinin dəyişdirilməsi üçün aparılan bərpa işləri ilə əlaqədar olaraq ötən il iyun ayından bəri Tbilisi Metrosu 06: 00-dan 23: 00-dək işləyir.
