19 
Mar
2025
11:53
301

Federal məhkəmə USAID-in bağlanmasını qeyri-müəyyən müddətə dayandırdı – Ağ Ev qərarı tənqid edir

İlon Maskın,  Hökumətin Effektivliyi Departamentinin (DOGE) fəaliyyəti ilə icra hakimiyyətinin səlahiyyətlərini aşdığı bildirilib.

InterPress.ge xəbər  verir ki, bu barədə federal hakim qərar çıxarıb və USAID-in ləğvini qeyri-müəyyən müddətə dayandırıb. Məlumatı CNN yayıb.

Məhkəmə müəyyən edib ki, USAID-in bağlanması ilə bağlı atılan addımlar ABŞ Konstitusiyasını pozma ehtimalı daşıyır.

Hakimin qərarına əsasən, Hökumətin Effektivliyi Departamenti USAID-in müqavilələrini və qrantlarını ləğv edə, əməkdaşları işdən azad edə və ya məzuniyyətə göndərə bilməz.

Amerika mediasının məlumatına görə, Ağ Ev məhkəmənin bu qərarını kəskin tənqid edib.

“Fırıldaqçı hakimlər amerikalı xalqın iradəsinə qarşı çıxaraq prezident Trampın gündəliyinin icrasına mane olurlar”, – deyə Ağ Evin mətbuat katibi Anna Kelli bildirib.

O, əlavə edib ki, “Əgər bu hakimlər öz partiya yönümlü ideoloji güclərini hökumətə tətbiq etmək istəyirlərsə, öz namizədliklərini irəli sürməlidirlər”.

Kelli həmçinin vurğulayıb ki, Tramp administrasiyası qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər