Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisidə atışma baş verib, bir nəfər öldürülüb

538
Tbilisidə atışma baş verib, bir nəfər öldürülüb
Dinləmək üçün basın

Tbilisidə, Çavçavadze prospektində silahlı insident baş verib.

Tbilisidə, Çavçavadze prospektində silahlı insident baş verib.

InterPress.ge xəbər verir ki, hadisə nəticəsində bir kişi həyatını itirib, daha bir nəfər isə yaralanıb.

Məlumata görə, yaralanan şəxs mərhumun yanında olub.

Hadisə şahidlərinin  verdiyi məlumata əsasən, onlar 10-a yaxın atəş səsi eşidiblər. Şahidlərin bildirdiyinə görə, iki güllə yaxınlıqdakı kafelərdən birinin şüşələrinə dəyib.

Hadisə yerinə dərhal polis və təcili yardım briqadaları cəlb olunub.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı (qanunsuz odlu silah əldəetmə, saxlama və daşıma) maddələri üzrə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →