InterPress.ge xəbər verir ki, etirazçılar Rustaveli prospektini bağlayıblar.
102 gündür fasiləsiz davam edən etiraz aksiyasının əsas tələbləri dəyişməz qalır: yeni seçkilərin təyin olunması və aksiyalar zamanı saxlanılan şəxslərin azad edilməsi.
Nümayişçilər “Ədalət olmayacaqsa, sülh də olmayacaq!”, “Yaşasın Gürcüstan!”, “Oliqarxiyaya son!” kimi şüarlar səsləndirirlər.
Aksiya iştirakçıları müxtəlif məzmunlu plakatlar, Gürcüstan və Avropa İttifaqının bayraqları ilə parlament qarşısında toplaşıblar.
.jpg)