09 
Mar
2025
21:09
369

Donald Tramp: ABŞ və Ukrayna arasında yeraltı sərvətlər üzrə razılaşma imzalanacaq

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Kiyev arasında yeraltı sərvətlərə dair razılaşmanın imzalanacağını gözlədiyini bildirib.

InterPress.ge xəbər verir ki, Fox News-a verdiyi müsahibədə Trampa Ukrayna Prezidenti Volodimir Zelenskinin "geri qayıdıb" bu sazişi yekunlaşdıracağına inanıb-inanmadığı sualı verilib.

“Bəli, mən belə düşünürəm. Hesab edirəm ki, bu, baş verəcək”, – deyə Tramp cavab verib.

Tramp həmçinin ABŞ-ın Ukraynaya 350 milyard dollar ayırdığını və bunun Bayden administrasiyasının səhvi olduğunu vurğulayıb.

“Biz orada 350 milyard dollarla varıq. Bayden bunu heç vaxt etməməli idi”, – deyə o bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Zelenski Bayden dövründə ABŞ-dan asanlıqla maliyyə yardımı alıb və bu prosesi "uşağın əlindən konfet almaq" kimi qiymətləndirib.

“O, ağıllı və sərt biridir. Baydenin dövründə bu ölkədən pulları elə çıxardı ki, sanki bir uşaqdan şirniyyat alırdı. Bu qədər asan oldu. Məncə, o, heç minnətdar da deyil”, – deyə Tramp əlavə edib.

Bizimlə əlaqə saxlayın