08 
Mar
2025
21:59
279

"Qadınlar rejimə qarşı" yürüşü etirazçılara qoşuldu

Parlament binası qarşısında keçirilən etiraz aksiyasına Respublika meydanından start götürən “Qadınlar rejimə qarşı” yürüşünün iştirakçıları da qoşulub.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları müxtəlif məzmunlu plakatlar qaldırıblar, o cümlədən üzərində "Qəhrəman övladların analarına təşəkkür edirik" yazılmış banner da diqqət çəkib.

Yürüş iştirakçıları parlament binası qarşısında simvolik performans nümayiş etdiriblər – aksiyaya gətirilmiş dəmir barmaqlıqları yandırıblar.

Eyni zamanda, nümayişçilər "Hər yerdə polis, heç yerdə ədalət!", "Xalq ədalət tələb edir!", "Xalqın gücündən qorxun!" kimi şüarlar səsləndiriblər.

Parlament qarşısındakı etirazçılar Rustaveli prospektində avtomobil yolunu bağlayıblar.

101 gündür davam edən fasiləsiz etirazların əsas tələbləri dəyişməz qalır: yeni seçkilərin keçirilməsi və aksiyalar zamanı saxlanılan şəxslərin azad edilməsi.

Bizimlə əlaqə saxlayın